Son Xəbərlər
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə Gürcüstan və
Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir.
Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi ikitərəfli
2013-cü ildən indiyədək "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO)
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Bakıya gələcək. Liderxeber.az
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda xalqın qan
İsrail hakimiyyəti Fələstinin HƏMAS hərəkatı ilə razılaşmanın birinci
Azərbaycan "NATO-Gürcüstan - 2025" hərbi təlimində iştirak edəcək.
Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli
Yanvarın 20-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya
banner

Bu gün Milli Musiqi Günüdür

18 sen 2024, 09:34
Bu gün Milli Musiqi Günüdür

Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür.

Liderxeber.az xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

Həmin gün sadəcə musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş.

Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci il sentyabrın 18-də Şuşada anadan olub. O,dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Stalin mükafatı laureatı (1941), “Lenin Ordeni” və “Qırmızı Əmək Bayrağı” ordeni laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948) olub.