Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

İspaniyada Fələstinin müstəqil dövlət kimi tanınması ilə bağlı müzakirə aparılıb

13 sen 2024, 17:15
İspaniyada Fələstinin müstəqil dövlət kimi tanınması ilə bağlı müzakirə aparılıb

İspaniyada Avropa və bir sıra müsəlman dövlətlərinin xarici işlər nazirləri Fələstinin müstəqil dövlət kimi tanınması və ardınca BMT üzvlüyünə qəbul edilməsi ətrafında müzakirə aparıblar.

Liderxeber.az-ın “Reuters“ə istinadən məlumatına görə, görüşdə Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel, eləcə də Türkiyə, Norveç, Sloveniya, Misir, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, İndoneziya və Nigeriyanın baş diplomatları iştirak edib.
Fələstin tərəfi isə Baş nazir Məhəmməd Mustafa tərəfindən təmsil olunub.

Müzakirələrdən sonra açıqlama verən İspaniyanın xarici işlər naziri Xose Manuel Albares tərəfləri İsrail-Fələstin münaqişəsinin həlli üzrə beynəlxalq öhdəliklərin icrasına, eləcə də bu məsələnin iki dövlət prinsipi əsasında qısa müddətdə həllinə dair tədbirlər planının hazırlanmasına çağırıb.

O bildirib ki, tərəflər Fələstinin beynəlxalq hüququn subyekti kimi tanınması məsələsində praktik fəaliyyətə keçməklə bağlı razılıq əldə edib.