Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Türkiyəli aktrisa xəstəxanaya yerləşdirilib

13 yan 2023, 09:23
Türkiyəli aktrisa xəstəxanaya yerləşdirilib

İspaniyaya getməyə hazırlaşan məşhur türkiyəli aktrisa Cansu Dere xəstəxanaya yerləşdirilib.

LiderXəbər Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, səhhəti ilə əlaqədar bu səhər İspaniyaya səfərini ləğv edib.

İspaniyanın “milli mədəni dəyərləri” arasında yer alan Torvizkon kəndinin yerli bayramı münasibəti ilə 2014-cü ildən bəri verilən “Qızıl Üzüm Bağı Mükafatları”nın bu il 8-cisi keçiriləcək.

Mərasimdə İspaniyada türk seriallarının uğuruna görə Cansu Dere və Melis Sezenin mükafatlandırılacağı açıqlanıb. Cansu Dere və Melis Sezen sabah keçiriləcək mərasimdə iştirak etmək üçün bu səhər hava limanında görüşüblər.

Lakin məşhur aktrisa təyyarəyə minməyə hazırlaşarkən halı pisləşib. Onun rəngi ağarıb və ayaq üstə dayana bilməyib. Halı pisləşən aktrisa təyyarəyə minməyib. Ona qida zəhərlənməsi diaqnozu qoyulub.

Melis Sezen isə sabahkı mərasim üçün İspaniyaya uçub.