Son Xəbərlər
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha

Türk Mədəniyyəti və İrsi Fondunun ilk Şura toplantısı keçirilib

30 apr 2024, 18:04
Türk Mədəniyyəti və İrsi Fondunun ilk Şura toplantısı keçirilib

Aprelin 30-da Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) ilk Şura toplantısı keçirilib.

Mədəniyyət Nazirliyindən LiderXəbər-ə verilən xəbərə görə, Türk Mədəniyyəti və İrsi Fondunda təşkil olunan tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, TMİF-in prezidenti Aktotı Raimkulova, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Çingiz Esenqul Uulu və Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı iştirak ediblər.

Toplantıda 3 noyabr 2023-cü il tarixində Qazaxıstanın Astana şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatı dövlət başçılarının X Zirvə Görüşü çərçivəsində Fondun qarşısına qoyulan vəzifələr, o cümlədən 2024 və 2025-ci illər üzrə Fəaliyyət Planı, Türk Mədəni İrsi Konvensiyasının hazırlanması məsələləri ətrafında müzakirələr aparılıb.