Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib

28 dek 2023, 10:46
Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib

Opera və klassik musiqi ifaçılığı sahəsində dünyanın tanınmış müğənnilərindən olan yaponiyalı Masaşi Tomosuqi paytaxtın Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində maraqlı konsert proqramı ilə çıxış edib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Yaponiyanın Azərbaycandakı səfirliyi ilə birgə təşkilatçılığı keçirilən konsertin məqsədi ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına töhfə vermək, həmçinin gənc nəslin opera və klassik musiqi ilə yaxından tanışlığına imkan yaratmaq, onlarda müasir bədii-estetik zövqün formalaşmasına müsbət təsir göstərmək olub.

Dünyanın böyük səhnələrində çıxış edən və opera sənətinin mərkəzi sayılan İtaliyada yaşayıb işləyən Masaşi Tomosuqi “Qobu Park”dakı Zəngilan rayon 20 saylı tam orta məktəbin akt zalında da öz ifalarını eyni ustalıq və  coşğunluqla təqdim edib. O, məşhur operalardan partiyalar və klassik musiqi parçaları ilə yanaşı, unudulmaz Azərbaycan bəstəkarı və müğənnisi  Müslüm Maqomayevin repertuarından “O more, more” (“Ah dəniz, dəniz”) mahnısını da şövqlə oxuyub.

Müğənnini fortepianoda həmyerlisi xanım Misato Sasaki müşaiyət edib.

Konsertin xüsusi qonaqlarının – Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yaşayış kompleksində fəaliyyət göstərən Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin müəllimi, gənc xanəndə Habil Məmmədovun və onun şagirdlərinin yaponiyalı müğənni ilə birgə ifa etdikləri, musiqisi Üzeyir Hacıbəyova, sözləri Məhəmməd Füzuliyə məxsus “Sevgili canan” romansı tamaşaçılar tərəfindən süərkli alqışlarla qarşılanıb.

Azərbaycana ikinci dəfədir gələn Masaşi Tomosuqi məcburi köçkün məktəblilərin və onların valideynlərinin qarşısında çıxış etməkdən məmnun qaldığını, mədəniyyətlərarası mübadiləni artırmaq üçün bundan sonra da əməkdaşlığı davam etdirmək fikrində olduğunu bildirib.

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Yaponiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri, “Qobu Park” yaşayış kompleksində müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.