Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Gülbahar Şükürlü reanimasiyadadır

02 noy 2023, 15:10
Gülbahar Şükürlü reanimasiyadadır

Əməkdar artist Gülbahar Şükürlünün səhhəti yenidən pisləşib və xəstəxanaya yerləşdirilib.

LiderXəbər xəbər verir ki, xərçəngdən əziyyət çəkən qarmon ifaçısı ilə bağlı “Elgizlə izlə” proqramında məlumat verilib.

Sənətçinin həkimi bildirib ki, G.Şükürlü hazırda reanimasiyadadır: “Onun həm bəd, həm də xoşxassəli törəməsi var. Bir neçə ildir ki, Gülbahar xanım kimyaterapiya alır. Bir neçə gün əvvəl pisləşdiyi üçün xəstəxanaya gətirildi. Koma vəziyyətində idi, durumdan çıxara bildik. Onkoloji xəstəliyi kəskinləşib. Hazırda huşu yerindədir, danışa, reaksiya verə bilir”. 

Qeyd edək ki, beynində şiş aşkarlanan G.Şükürlü bir neçə il əvvəl əməliyyat olunmuşdu. Bu yaxınlarda isə onun beynində yenidən törəmə aşkarlanıb.