Son Xəbərlər
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az
Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-şərq istiqamətləri ilə
Hacıqabul Rayon İcra Hakimiyyəti və Hacıqabul Quşçuluq Şirkətinin birgə
İranın silahlı qüvvələri Birləşmiş Ərəb Əmirliklərinin Dubay beynəlxalq hava

Ötən il Azərbaycanda 1 095 dövlət əmlakı özəlləşdirilib

09 fev 2023, 12:10
Ötən il Azərbaycanda 1 095 dövlət əmlakı özəlləşdirilib

Ötən il Azərbaycanda 1 095 dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 115,4 milyon manat vəsait daxil olub.

LiderXəbər xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev Xidmətin 2022-ci il üzrə fəaliyyəti və bu il qarşıda duran vəzifələrə dair mətbuat konfransında deyib.

O, 2021-ci ildə bu göstəricinin 112,7 milyon manat olduğunu deyib: "Ötən il investisiya layihələri üzrə 14,6 milyon manat investisiya qoyuluşu olub. Nəticədə 374 iş yeri yaradılıb, dövlət büdcəsinə birdəfəlik ödəniş isə 8,5 milyon manat təşkil edib. Keçən il baş tutmuş investisiya müsabiqələri üzrə 30 milyon manat investisiya qoyuluşu və 300-dən çox iş yerinin açılması planlaşdırılır. Nəticədə dövlət büdcəsinə 12 milyon manat birdəfəlik ödəniş təmin ediləcək".

M.Eynullayev bildirib ki, ötən il hərraclarda ümumi qiyməti 3 milyon 768,8 min manat olan 513 nəqliyyat vasitəsi satılıb: "285 nəqliyyat vasitəsinin satışı rəqabətli keçib ki, bununla da dövlət büdcəsinə əlavə olaraq 522,7 min manat vəsaitin daxil olması təmin edilib. 2021-ci illə müqayisədə nəqliyyat vasitələrinin satışından daxilolmalar ötən il 176 % artıb".