Son Xəbərlər
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az
Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-şərq istiqamətləri ilə
Hacıqabul Rayon İcra Hakimiyyəti və Hacıqabul Quşçuluq Şirkətinin birgə
İranın silahlı qüvvələri Birləşmiş Ərəb Əmirliklərinin Dubay beynəlxalq hava

Azərbaycanda ən çox tələb olunan 10 PEŞƏ: Orta əməkhaqqı nə qədərdir?

14 may 2026, 19:06
Azərbaycanda ən çox tələb olunan 10 PEŞƏ: Orta əməkhaqqı nə qədərdir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarının mövcud vəziyyətinin qiymətləndirilməsi məqsədilə iş elanları üzrə daha genişmiqyaslı kəmiyyət təhlili aparıb.

Liderxeeber.az xəbər verir ki, iş elanı platformalarında 2022-2025-ci illərdə təqdim edilən 61 400 vakansiya qurum tərəfindən təhlil olunub və əmək bazarında ən çox tələb olunan 10 prioritet peşə istiqaməti müəyyən edilib:

  • satış təmsilçisi,
  • mühasib,
  • satınalma və təchizat,
  • satış planlanması,
  • SMM, proqramçılıq, məzmun xidməti,
  • insan resurslarının idarə edilməsi,
  • müəllim,
  • kredit üzrə mütəxəssis,
  • işə qəbul üzrə mütəxəssis,
  • qeydiyyat xidməti əməkdaşı.

Qeyd edilənlərlə yanaşı, təhsil, maliyyə və İT sahələri əmək bazarında sabit və strateji əhəmiyyətli istiqamətlər olaraq qalmaqdadır.

Araşdırılan dövr ərzində iş elanlarının əksər hissəsində əməkhaqqı qeyd edilməyib. Əməkhaqqı göstərilən iş elanlarında isə təklif olunan əməkhaqlarının orta aylıq məbləği 2022-ci ildə 745 manat, 2023-cü ildə 858 AZN, 2024-cü ildə 939 AZN, 2025-ci ildə 959 AZN təşkil edib.

Bütün illər üzrə vakansiyalarda ən çox tələb olunan yumşaq bacarıq ünsiyyət bacarıqları olub. Bu göstəricinin yüksək olması işəgötürənlərin texniki biliklərlə yanaşı, namizədlərin insanlarla işləmək, fikrini aydın ifadə etmək və iş mühitində effektiv qarşılıqlı əlaqə qurmaq qabiliyyətinə xüsusi önəm verdiyini göstərir.

Komanda ilə işləmək və məsuliyyətlilik isə ikinci və üçüncü ən çox tələb olunan yumşaq bacarıqlar sırasında yer alıb.