Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Ronaldo - Messi qarşılaşması baş tutdu - VİDEO

20 yan 2023, 07:05
Ronaldo - Messi qarşılaşması baş tutdu - VİDEO

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və "Əl-Hilal" klublarının futbolçularından ibarət komanda ilə Fransa PSJ-si arasında yoldaşlıq oyunu keçirilib.

LiderXəbər-in məlumatına görə, "Kral Fəhd" stadionunda oynanılan qarşılaşma Paris təmsilçisinin qələbəsi ilə başa çatıb - 5:4.

Hesabı 3-cü dəqiqədə qonaqlardan Lionel Messi açıb. 34-cü dəqiqədə "Əl-Nəsr"in yeni transferi Kriştianu Ronaldu tarazlığı bərpa edib. 43-cü dəqiqədə PSJ yenidən önə keçib. Bu dəfə Markinyos fərqlənib. 45+6-cı dəqiqədə Ronaldu özünün və komandasının 2-ci qolunu vurub. 53-cü dəqiqədə Fransa təmsilçisindən Serxio Ramos 3-cü topu rəqibin qapısından keçirib. 56-cı dəqiqədə Çan Xyon Su hesabı bərabərləşdirib. 60-cı dəqiqədə Kilian Mbappe qonaqları yenidən önə keçirib. 61-ci dəqiqədə Ronaldu, 3 dəqiqə sonra isə Messi əvəzləniblər. 78-ci dəqiqə Yuqo Ekitike 5-ci dəfə meydan sahiblərini məyus edib. Son nöqtəni isə 90+4-cü dəqiqədə Anderson Taliska qoyub.

Qeyd edək ki, PSJ 39-cu dəqiqədən etibarən azlıqda oynayıb. Xuan Bernat birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.