Son Xəbərlər
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin

AFFA rəsmisi: Qazaxıstan bizdən çox güclü deyil

11 iyn 2024, 15:52
AFFA rəsmisi: Qazaxıstan bizdən çox güclü deyil

Qazaxıstan millisi bizdən çox güclü deyil.

Bunu Liderxeber.az-a açıqlamasında futbol üzrə Azərbaycan yığmasının sabiq futolçusu Aslan Kərimov deyib.

AFFA-nın təhsil proqramının rəhbəri bu gün yoldaşlıq görüşü çərçivəsində Qazaxıstan ilə üz-üzə gələcək Azərbaycan millisinin şansları barədə danışıb: "Qazaxıstan millisi seçmə mərhələ oyunlarında özünü ən yaxşı tərəfdən göstərmişdi. Onların oyun üslubu təxminən Albaniya yığmasının sərgilədiyi performansla eynidir. Qazaxıstan rəqiblərini əks-hücumlarda yaxalamağı sevən bir kollektivdir. Bizimlə görüşdə də eyni tərzdə çıxış edəcəklər. Qazaxıstan millisi bizdən çox güclü deyil. Azərbaycanla görüşdə dominantlıq edəcəkləri inandırıcı deyil. Sadəcə, bəlli mövqelərdə oyunçuları var ki, əks-hücumlar zamanı təhlükəli vəziyyətlər yarada bilirlər. Şanları 50-nin 50-yə dəyərləndirərdim. İstənilən halda, nəzərə almalıyıq ki, bu, yoxlama görüşüdür".

51 yaşlı mütəxəssis məşqçi Arif Əsədovun yığmamızı oyunlara yaxşı hazırladığını bildirib: "Arif Əsədovun millinin məşqçisi kimi gördüyü iş göz qabağındadır. Bolqarıstan ilə keçirdiyimiz yoxlama görüşündə meydana çox yaxşı komanda çıxarmışdı. Albaniya ilə matçda da pis oynamadıq. Təəssüf ki, müəyyən anlarda buraxdığımız səhvlər qolla nəticələndi. Məncə, artıq milli komandamızın baş məşqçisinin kim olacağı bəllidir. Sadəcə, bunu biz bilmirik. İstərdim ki, yerli mütəxəssis olsun. Lakin böyük ehtimalla yeni məşqçi əcnəbi olacaq. Kimliyindən asılı olmayaraq, kim gələcəksə, Azərbaycan futboluna yararlı biri olmalıdır, hər birimizin istəyi də budur".

Qeyd edək ki, Azərbaycan - Qazaxıstan görüşü bu gün, saat 18:00-da Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçiriləcək.