Son Xəbərlər
Hindistanın Hərbi Hava Qüvvələrinə məxsus “An-2” hərbi-nəqliyyat təyyarəsi
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Azərbaycanda FETÖ ilə bağlı tutulanlardan birinə hökm oxundu

09 iyl 2024, 11:17
Azərbaycanda FETÖ ilə bağlı tutulanlardan birinə hökm oxundu

Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyat zamanı həbs edilən Gümrah Əbdürəhmanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hakim Vüsal Qurbanov belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham məhkəmə istintaqı ilə sübuta yetirilib. Hökmə əsasən, G.Əbdürəhmanov 5 il 6 ay azadlıqdan məhrum edilib.

Prokuror ittiham nitqində müttəhimin 7 il həbsini tələb etmişdi.

Qeyd edək ki, rəsmi məlumata görə, G.Əbdürəhmanov FETÖ ilə bağlı yaradılmış təşkilatın maliyyə işlərinə cavabdeh olub. Ona və eyni iş üzrə həbs edilənlərə qarşı Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) və 167.1-ci (dinə etiqad etməyə məcbur etmə) maddələri ilə ittiham elan edilib.