Son Xəbərlər
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını

Sınaq imtahanlarının qiymətinin bahalaşmasının səbəbi açıqlandı

10 apr 2025, 17:39
Sınaq imtahanlarının qiymətinin bahalaşmasının səbəbi açıqlandı

Sınaq imtahanlarının qiyməti bahalaşıb.

Liderxeber.az xəbər verir ki, belə bir məsələ sosial mediada müzakirə mövzusu olub.

Qeyd olunub ki, Onlayn Təhsil Kompleksi (OTK) əvvəl 18 manata olan biletin qiymətini 20 manata qaldırıb.

Məsələ ilə bağlı açıqlama verən OTK-nın əməkdaşı İlqar Cəfərov məsələyə aydınlıq gətirib.

O qeyd edib ki, OTK əsasən onlayn imtahanlar keçirir.

"Yəni istifadəçi daxil olur bizim sayta, məsələn, beş manat ödəniş edərək, buraxılış üzrə, blok üzrə və yaxud qəbul üzrə imtahan verir və anındaca nəticəsini alır. Canlı imtahan isə həftəsonları keçirilir. O imtahanları isə "Müstəqil Qiymətləndirmə Mərkəzi" (MQM) adlı şirkət həyata keçirir və nəticələr də onların saytında olur. Ödənişi də istifadəçilər həmin şirkətə edirlər. Onların keçirdikləri imtahanlar 18-20 manat dəyərində olur. Buna da səbəb odur ki, canlı imtahan keçirilməsi üçün binalar tutulur, kitabçalar çap olunur, uşaqların nəticələri bir-bir yoxlanılır və s. Ona görə canlı imtahanla onlayn imtahan qiymətlərində fərq olur.

O ki qaldı, qiymətlərin 18 manatdan 20 manata qaldırılması məsələsinə, əvvəlcə qeyd edim ki, canlı buraxılış imtahanları 18 deyil, 16 manatdır. MQM blok fənləri üzrə bir dəfə imtahan keçirib, onda qiymət 18 manat olub, indi isə deyildiyi kimi, 20 manatdır. Bunun da səbəbi odur ki, həmin şirkətin vergi öhdəliyi dəyişib. Əvvəl şirkət sadələşdirilmiş vergi ödəyicisi idi, indi isə əlavə dəyər vergisi (ƏDV) ödəyicisidir. Ona görə də hazırda qiymət 20 manatdır", - deyə İ.Cəfərov vurğulayıb.