Son Xəbərlər
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən DOST Mərkəzində
Azərbaycan Portuqaliyanın Lissabon şəhərində səfirlik açacaq. Liderxeber.az
İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“2025-ci ildə Azərbaycanda ümumi daxili məhsul real ifadədə 1,4 faiz artıb və
NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Aleksus
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının

ABŞ və İran arasında memorandum bu tarixlərdə imzalana bilər

12 iyn 2026, 16:05
ABŞ və İran arasında memorandum bu tarixlərdə imzalana bilər

ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin əvvəlində imzalana bilər. 

Liderxeber.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı mənbələrə istinadən məlumat yayıb.

İmzalanmanın Fransada keçiriləcək “Böyük Yeddilik” (G7) sammitinin günlərində - 15-17 iyun tarixləri arasında baş tuta biləcəyi bildirilir. Memorandumun imzalanması üçün mümkün yer kimi İsveçrənin Cenevrə şəhərinin nəzərdən keçirildiyi iddia olunur. 

Sammit isə Fransanın Alp dağlarının ətəyində yerləşən Evian şəhərində keçiriləcək. 

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranla müharibəyə son qoyduqlarını, nüvə silahı məsələsində razılığın əldə olunduğunu bəyan edib. İran tərəfi də anlaşma memorandumunun əsas bəndlərinin razılaşdırıldığını təsdiqləyib.