Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Jurnalistlər üçün “Rəqəmsal savadlılıq” təlimi keçirilib

21 iyn 2024, 10:59
Jurnalistlər üçün “Rəqəmsal savadlılıq” təlimi keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi, “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə jurnalistlər üçün “Rəqəmsal savadlılıq” təlimi keçirilib.

Liderxeber.az xəbər verir ki, təlim zamanı “Aztelekom” MMC-nin Müştəri təcrübəsinin idarə olunması şöbəsinin müdiri Ayaz Əhmədov və Korporativ əlaqələr sektorunun müdiri Səfər Aslanov çıxış edərək jurnalistlərin suallarını cavablandırıblar.

Çıxış edənlər ölkəmizdə insanların rifahını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi barədə məlumat veriblər. Bildirilib ki, layihənin icra edildiyi müddətdə təkcə Bakı ərazisində genişozlaqlı internetin əhatə dairəsi 18%-dən 95%-ə, ölkə ərazisində isə ümumilikdə 9%-dən 85%-ə yüksəlib.

Qeyd edək ki, təlimə müxtəlif media qurumlarından 40-a yaxın jurnalist cəlb olunub. Məqsəd jurnalistlərin İKT üzrə təhlil və analiz bacarıqlarını daha da inkişaf etdirməkdən ibarətdir.