Son Xəbərlər
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və
Bu hadisə baş verərsə ilk olaraq nə etməli və həkimə nə zaman gedilməlidir?
Avropa Birliyi banklarından dondurulmuş Rusiya aktivlərinin
Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti
Göyərtilər süfrəmizin ayrılmaz hissəsidir. Həm də çeşid zənginliyinə görə
1895-ci il fevralın 9-da ABŞ-ın Massaçusets ştatının Holyok şəhərində Xristian
Mayın 22-də Azərbaycanda müşahidə ediləcək hava şəraiti açıqlanıb. Bu barədə
Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi irs şöbəsinin Teatr sektoruna
Boşanan ailələrin sayının gündən-günə artması dövrümüzün qlobal probleminə
Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Özbəkistanın investisiya,
banner

Zəngilan və Cəbrayılda kardioloji müayinələr təşkil edilib

08 may 2024, 18:01
Zəngilan və Cəbrayılda kardioloji müayinələr təşkil edilib

Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında müxtəlif istiqamətlərdə kompleksli tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.

LiderXəbər xəbər verir ki, nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir mayın 8-də baş tutub. Aksiya zamanı Səhiyyə Nazirliyi akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyəti tərəfindən Zəngilan rayonun Ağalı kəndində əhali üçün kardioloji müayinələr təşkil edilib. Həmçinin, İnstitutun təcrübəli həkimləri tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində də əhalinin tibbi müayinələri keçirilib.

Tədbirin əsas məqsədi vətəndaşları ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müalicələrin təyin edilməsidir.

Aksiya çərçivəsində ETKİ-nin kardioloq, nevropatoloq, endokrinoloq, tibb bacısı və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ müayinələri keçirilib. Eyni zamanda, qanda şəkər, ekspres üsul ilə xolesterinin səviyyəsi təyin olunub. Tədbirdə iştirak edən Ağalı və Cocuq Mərcanlı kəndlərinin əhalisinin müayinəsi zaman səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.

Aksiya zamanı Ağalı kəndində 250-ə yaxın, Cocuq Mərcanlı kəndində isə 150-dən artıq vətəndaş müayinələrdən keçirilib. Ehtiyacı olan vətəndaşlara isə paytaxta invaziv müayinə üçün göndərişlər verilib. 

Müayinələrdən sonra sağlam həyat tərzinin təşviqi ilə bağlı, eyni zamanda yüksək təzyiq və ürək tutması zamanı ilk tibbi yardımın göstərilməsinə dair Zəngilan və Cəbrayıl ictimaiyyəti üçün maarifləndirici tədbir təşkil olunub. İnstitutun direktoru, professor Gülnaz Dadaşova ətraflı təqdimatla çıxış edib. Direktorun sözlərinə görə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri hazırlanır. Bu səbəbdən, işğaldan azad olunmuş ərazilərdə aparılan müayinələr xüsusi əhəmiyyət kəsb edir və əldə olunan nəticələr milli registrə əlavə olunacaq. Registrin yaradılması respublikada ürək-damar sistemi xəstəliklərinin qarşısını almağa, erkən diaqnostika və statistik araşdırılmasına imkan və bu artımın azaltmağa zəmin yaranacaq.

Eyni zamanda, tədbirdə yerli əhaliyə ürək-damar xəstəlikləri və onların profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.