Son Xəbərlər
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha

Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazandılar

29 apr 2024, 15:26
Azərbaycan atletləri Türkiyədə növbəti medalları qazandılar

Atletika üzrə Azərbaycan millisinin üzvləri Türkiyənin Antalya şəhərində keçirilən “Olimpik deneme” yarışında uğurlu çıxışı davam etdiriblər.

LiderXəbər xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ikinci günündə 200 metr məsafəyə qaçışda Əlhəm Nağıyev bütün rəqiblərini geridə qoyaraq finişə birinci çatıb.

Qadınların mübarizəsində Lamiyə Vəliyeva 200 metr məsafəyə qaçışda hamıdan sürətli olaraq yarışın qalibi adını qazanıb. Fəridə Rzayeva isə 3-cü yeri tutub.

Üçtəkanla tullanma yarışının yekununda Rüstəm Məmmədov 2-ci pillədə qərarlaşıb.

Toğrul Şahtatinski isə U-16 kateqoriyasında disk atma və nüvə itələmədə ən yüksək nəticə göstərərək, hər iki növdə qızıl medallara sahib çıxıb.

Qeyd edək ki, yığma üzvləri turnirin ilk günündə də müxtəlif əyarlı mükafatlar qazanıblar.