Son Xəbərlər
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha

Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması

25 apr 2024, 09:04
Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov adının Türkiyənin  “Beşiktaş” klubu ilə birgə hallanmasına münasibət bildirib.

LiderXəbər xəbər verir ki, təcrübəli mütəxəssis bununla bağlı suala belə cavab verib:

“Bu suallar çox olur. Fikir bildirmək düzgün olmaz. Fikrimin yayınmasına ehtiyac yoxdur. Normal prosesdir. “Qarabağ”dayam, bu kluba bağlıyam. Məncə, özümüz də az müzakirə etsək, daha yaxşı olar. Ay yarımdır gah o klub, gah bu klub... Bu cür fikirlərdən uzaq olmağa çalışıram. Həmişə xoşlamışam ki, qərar qəbul olunsun və ondan sonra fikir bildirim. Sizə həqiqi məlumatı çatdırım. Yoxsa, biri ordan, biri burdan... Çox da ucuzlaşdırmaq lazım deyil. Bu gün “Qarabağ”dayam və bu klub haqda düşünürəm. Burada daha da böyümək, daha da yaxşı nəticələr vermək lazımdır. Azərbaycan futbolu haqda daha çox düşünmək gərəkdir. “Beşiktaş” məsələsi daha az müzakirə olunsa, çox sevinərəm.