Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

"Qarabağ" vurduğu qol sayına görə rekord qırıb

05 yan 2024, 17:45
"Qarabağ" vurduğu qol sayına görə rekord qırıb

Premyer Liqanın 2023-cü ildə keçirilən oyunlarında “Qarabağ” hamıdan çox qol (88) vurmaqla Azərbaycan çempionatlarında son 25 ilin rekorduna imza atıb.

LiderXəbər Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, bu toplardan 45-i cari mövsümün ilk, 43-ü isə ötən mövsümün ikinci yarısına təsadüf edib.

1998-ci ildən sonrakı dövr üçün əvvəlki rekord 87 qola bərabər idi. Buna 2022-ci ildə nail olan Ağdam klubu öz göstəricisini 2023-cü ildə yaxşılaşdırıb.

Daha çox qola sonuncu dəfə 1998-ci ildə “Kəpəz” imza atıb. Qərblilər həmin vaxt 91 dəfə fərqləniblər.

“Qarabağ”ın ötənilki məhsuldarlığı ölkə çempionatları tarixində ümumilikdə 4-cü nəticənin təkrarıdır. 1995-ci ildə “Kəpəz” eyni sayda fərqlənib.

Qeyd edək ki, mütləq rekord 1992-ci ildə 104 qol vuran “Neftçi”yə məxsusdur.

Bir təqvim ilində 75 və daha çox qol vuranlar:

1. “Neftçi” – 104 (1992)

2. “Xəzər” (Sumqayıt) – 100 (1992)

3. “Kəpəz” – 91 (1998)

4-5. “Kəpəz” – 88 (1995)

4-5. “Qarabağ” – 88 (2023)

6. “Qarabağ” – 87 (2022)

7. “Neftçi” – 78 (1996)

8. “Kəpəz” – 76 (1992)