"Qarabağ"ın sabiq futbolçusu Türkiyə klubuna transfer olub

10 yan 2023, 11:38
"Qarabağ"ın sabiq futbolçusu Türkiyə klubuna transfer olub

"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovunun "Boluspor"a keçidi rəsmiləşib.

LiderXəbər xəbər verir ki, bu barədə Türkiyənin 1-ci liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Cənubu afrikalı hücumçu ilə 1.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, son klubu Çin "Çanqçun"unu olan D.Ndlovu 2016-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, 2021/2022 mövsümündə Türkiyənin "Kocaelispor" klubunda oynayıb.