Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

“Neftçi”nin yeni baş məşqçisi - Kimdir?

25 dek 2023, 12:30
“Neftçi”nin yeni baş məşqçisi - Kimdir?

Ötən gün Adrian Mutu ilə rəsmi şəkildə yollarını ayıran "Neftçi"nin yeni baş məşqçisi açıqlanıb. Bu vəzifəyə monteneqrolu mütəxəssis Miodraq Bojoviç təyin olunub.

LiderXəbər yeni baş məşqçinin karyerası barədə məlumatı təqdim edir:

O, 1968-ci il iyunun 22-də Monteneqroda anadan olub. 13 illik futbolçu fəaliyyətindən sonra 2000-ci ildə məşqçiliyə başlayıb. Bojoviç futbolçu olduğu dönəmdə yalnız Yuqoslaviya kubokunu qazana bilib.

16 klubdan yolu keçən Bojoviç indiyə kimi məşqçi karyerasında (20 il) 2 titul qazanıb. “Rostov”la 2013/14 mövsümündə Rusiya kubokunu, “Srvena Zvezda” ilə Serbiya çempionluğunu (2015/16) əldə edib.

Serbiyada, İndoneziyada, Kiprdə, Niderlandda və Yaponiyada legioner həyatı yaşayıb. 

55 yaşlı mütəxəssis “Neftçi”yə qədər Rusiyanın “Arsenal” klubuna rəhbərlik edib.