Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Güləş tarixində görünməyən qərar - Eyni çəkidə iki idmançı “qızıl” aldı

16 noy 2023, 16:19
Güləş tarixində görünməyən qərar - Eyni çəkidə iki idmançı “qızıl” aldı

Ümumdünya Güləş Federasiyası (UWW) verdiyi qərarla dünya gündəminə düşüb. LiderXəbər xəbər verir ki, beynəlxalq federasiya bir-biri ilə qarşılaşan iki idmançıya da qızıl medal verib. 

Belə ki, bu ilin sentyabrında Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatında 87 kq çəki dərəcəsində keçirilən finalda türkiyəli Ali Cengiz macarıstanlı David Loşontsiya 8:7 hesabı ilə qalib gəlib. 

Lakin görüşün nəticəsindən narazı qalan Macarıstan Güləş Federasiyası finalla bağlı şikayə edib. Beynəlxalq federasiya şikayəti qəbul edərək görüşlə bağlı qərarı müzakirəyə çıxarıb və videoyazı yenidən izlənilib. UWW rəsmiləri belə qərara gəlib ki, hakim ciddi səhvə yol verib.

Nəticədə onlar macarıstanlı idmançını da dünya çempionu elan edib. 

Bu qərar isə dünya güləş tarixinə düşüb. İndiyə qədər heç bir görüşdə bu cür qərar qəbul edilməyib.