Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Messi "İnter Mayami"nin ən yaxşı oyunçusu seçilib

13 noy 2023, 09:36
Messi "İnter Mayami"nin ən yaxşı oyunçusu seçilib

Argentinalı hücumçu Lionel Messi 2022/23 mövsümünün sonunda ABŞ-nin "İnter Mayami" klubunun ən yaxşı oyunçusu seçilib.

LiderXəbər xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Bu ilin yayından "İnter Mayami"də çıxış edən Messi tezliklə kapitan sarğısını alıb. Avqustun 20-də argentinalı ilk kuboku - Liqa Kubokunu qazanıb. İnter Mayamidə keçirdiyi 14 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var.

Xatırladaqki, oktyabrın 30-da argentinalı hücumçu karyerasında səkkizinci dəfə “Qızıl top”u qazanıb. Messi 2022-ci ilin dekabrında Argentina yığması ilə dünya çempionu olub.

Messi karyerasında "Barselona"da da oynayıb və klubla on İspaniya çempionu, dörd UEFA Çempionlar Liqası, yeddi İspaniya Kuboku, səkkiz İspaniya Superkuboku, üç Avropa Super Kuboku və üç Klublararası Dünya Kuboku qazanıb. PSJ-nin üzvü kimi iki dəfə Fransa çempionu olub.