Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Xabi Alonso: Qarabağ” Leverkuzendəki matçdan fərqli oyun ortaya qoyacaq

08 noy 2023, 15:20
Xabi Alonso: Qarabağ” Leverkuzendəki matçdan fərqli oyun ortaya qoyacaq

“Qarabağ”ın ölkə çempionatında son oyununa baxmışam. Onların çox yaxşı komanda olduğunu bilirəm".

LiderXəbər xəbər verir ki, bunu Almaniyanın “Bayer 04” klubunun baş məşqçisi Xabi Alonso “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu ərəfəsində mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis səfərə 3 xal üçün yollanacaqlarını söyləyib: “Evə uğurlu nəticə ilə qayıtmaq üçün əlimizdən gələni etməliyik”.

41 yaşlı mütəxəssis qarşılaşmada qapını çexiyalı Matey Kovarjın qoruyacağını, müdafiəçi Edmond Tapsobanın isə “Qarabağ”la matçı buraxacağını bildirib: “Tapsoba əməliyyat olunduğu üçün qarşıdakı görüşlərdə bizə kömək edə bilməyəcək. Demək olar ki, hər oyunda dəyişikliklər edirik. Eyni zamanda, fərqli sistemlərdə çıxış etməyi bacarırıq”.

Xabi Alonso “Qarabağ”ın Premyer Liqanın XII turunda “Kəpəz”i 7:1 hesabı ilə məğlub etdiyi qarşılaşmanı izlədiyini sözlərinə əlavə edib: “Qarabağ”ın ölkə çempionatında son oyununa baxmışam. Onların çox yaxşı komanda olduğunu bilirəm. Ancaq bu, Azərbaycan çempionatının matçı idi. Avropa Liqasında fərqli olur. Əminəm ki, “Qarabağ” Leverkuzendəki matçdan fərqli oyun ortaya qoyacaq”.

Xabi Alonso Bakıya uzun səfərin komandasına təsir etməyəcəyini düşünür: “Bu, bizim üçün yeni hal deyil. Daha uzun yol qət etdiyimiz anlar olub. “Qarabağ” da bura gələndə uzun yol qət etmişdi. Məqsədimiz 3 xal qazanmaqdır. Buna görə də, yol amilinin çətinlik törətməyəcəyini hesab edirəm”.

Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq və "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.