Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Zədələnən İkardi "Bavariya"ya qarşı oynayacaqmı?

23 okt 2023, 14:14
Zədələnən İkardi "Bavariya"ya qarşı oynayacaqmı?

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk zədəli futbolçusu Mauro İkardinin durumu haqda danışıb.

LiderXəbər Türkiyə mətbuatına istinadən xəbər verir ki, argentinalı forvardın zədəsi ciddi deyil, lakin onun şiddətli ağrıları var. Xəbərdə qeyd olunub ki, şiddətli ağrılara baxmayaraq, İkardinin az da olsa, oynamaq şansı var.

O.Buruk isə 2 gün əvvəl Superliqanın 9-cu turunda "Beşiktaş"la görüşdə (2:1) sıradan çıxan 30 yaşlı hücumçunun Çempionlar Liqasının qrup mərhəlləsinin 3-cü turunda "Bavariya"ya qarşı oynayıb-oynamayacağının hələ məlum olmadığını bildirib: 

"Mauronun ağrısının hansı həddə olduğuna baxmaq lazımdır. Bizim üçün daha pis bir ssenari ola bilərdi. İkardnin durumu son məşqdə də bəlli olmaya bilər və vəziyyəti oyun günü nəzərdən keçirə bilərik. Əgər onun iynə ilə oynaması mümkündürsə, bunu dəyərləndirəcəyik".

Qeyd edək ki, "Qalatasaray" - "Bavariya" görüşü sabah İstanbulda keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Əlavə edək ki, İkardi bu mövsüm "aslanlar"la çıxdığı 15 oyunda 14 qol vurub və 2 qolun ötürməsini verib.