Son Xəbərlər
İnsanların tez-tez yol verdiyi bir səhv yay aylarında evdəki istiliyin daha da
İran Silahlı Qüvvələrinin elit bölməsi sayılan İslam İnqilabı Keşikçiləri
İranın Omidiyyə şəhəri ətrafındakı bir neçə obyekt ABŞ-nin regiona həyata
Bu gün DÇ-2026-da yarımfinal mərhələsi start götürəcək. Liderxeber.az xəbər
Dünya çempionatında Kabo-Verde millisinin heyətində göstərdiyi möhtəşəm
Yəmən Silahlı Qüvvələri İrana məxsus təyyarənin eniş etməsinin qarşısını almaq
Gürcüstanın Poti şəhərində keçirilən akademik avarçəkmə və kanoe üzrə
Bu gün Füzuli Dövlət Dram Teatrının 2026-cı il repertuarında olan Failə
“İran Fars körfəzi ölkələrinə zərbələr endirməyib”. Liderxeber.az xarici
Yaxın günlərdə Xırdalanı Bakının mərkəzi ilə əlaqələndirən 135 saylı marşrut

DÇ-nin sürpriz qəhrəmanı Messi ilə oynaya bilər - 7 klub onun üçün yarışır

14 iyl 2026, 08:44
DÇ-nin sürpriz qəhrəmanı Messi ilə oynaya bilər - 7 klub onun üçün yarışır

Dünya çempionatında Kabo-Verde millisinin heyətində göstərdiyi möhtəşəm performansla diqqət mərkəzinə düşən təcrübəli qapıçı Vozinya transfer bazarının ən çox müzakirə olunan futbolçularından birinə çevrilib.

Liderxeber.az xəbər verir ki, hazırda azad agent statusunda olan 40 yaşlı qolkiperə yeddi klubun maraq göstərdiyi bildirilir.

Turnirin ən böyük sürprizlərindən birinə imza atan Vozinya xüsusilə İspaniyaya qarşı oyunda etdiyi vacib seyvlərlə futbolsevərlərin rəğbətini qazanıb.

Onun uğuru sosial şəbəkələrdə də əks-səda doğurub. Kabo-Verde millisinin qapıçısının instaqram hesabındakı izləyicilərinin sayı qısa müddətdə 28 milyonu ötərək, Mayk Menyan, Cordan Pikford və Emiliano Martines kimi tanınmış qapıçıları geridə qoyub.

Son mövsümü Portuqaliyanın ikinci liqa təmsilçisi “Çaves”də keçirən Vozinyanın müqaviləsi iyunda başa çatıb. Təcrübəli qolkiperin DÇ-dəki çıxışı isə onun karyerasına yeni nəfəs verib.

İspaniyanın “Marca” nəşrinin məlumatına görə, ABŞ təmsilçisi “İnter Mayami” transfer yarışında ön sıralardadır. Klub rəhbərliyinin həm Vozinyanın təcrübəsindən yararlanmaq, həm də onun artan populyarlığını marketinq baxımından dəyərləndirmək istədiyi bildirilir. Transfer baş tutacağı təqdirdə, qapıçı Lionel Messi və Luis Suares kimi ulduzlarla eyni komandada çıxış edəcək.

Vozinyaya maraq yalnız ABŞ ilə məhdudlaşmır. Braziliyadan “Atletiko Qoyanense”, “Seara” və “Avai”, Meksikadan “Kruz Azul”, Argentinadan “Deportivo Riestra”, Paraqvaydan isə “Olimpiya”nın qapıçını yaxından izlədiyi qeyd olunur.

DÇ-dən əvvəl geniş futbol ictimaiyyətinə o qədər də tanış olmayan Vozinya turnirdəki uğurlu çıxışı sayəsində qısa müddətdə transfer bazarının ən çox tələb olunan oyunçularından birinə çevrilib.