Son Xəbərlər
Yəmən Silahlı Qüvvələri İrana məxsus təyyarənin eniş etməsinin qarşısını almaq
Gürcüstanın Poti şəhərində keçirilən akademik avarçəkmə və kanoe üzrə
Bu gün Füzuli Dövlət Dram Teatrının 2026-cı il repertuarında olan Failə
“İran Fars körfəzi ölkələrinə zərbələr endirməyib”. Liderxeber.az xarici
Yaxın günlərdə Xırdalanı Bakının mərkəzi ilə əlaqələndirən 135 saylı marşrut
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı
“Biz sərhədlərimizin həm şimalında, həm cənubunda tezliklə sülhün bərqərar
Xəzər Universiteti Dünya Məktəbi MMC-nin İnsan Resursları Departamentinin
“Biz sərhədlərimizin həm şimalında, həm cənubunda tezliklə sülhün bərqərar

Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

13 iyl 2026, 17:26
Öz hava limanlarına zərbə endirdilər - İran təyyarəsinə görə

Yəmən Silahlı Qüvvələri İrana məxsus təyyarənin eniş etməsinin qarşısını almaq üçün üsyançı “Ənsar Allah” (husilər) hərəkatının nəzarətində olan Səna şəhərinin beynəlxalq hava limanının uçuş-eniş zolağına zərbə endirib. 

Liderxeber.az Yəmən dövlət informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. 

“İran rejimi tərəfindən dəstəklənən husilərin terror birləşmələri Yəmən milli aviaşirkətinin paytaxt Sənanın hava limanına enməsinə qadağa qoyub və İran təyyarəsinin Yəmən ərazisinə müdaxilə etməsini tələb edib, buna görə də hava limanının uçuş-eniş zolağı zərbəyə məruz qalıb”, - nazirliyin açıqlamasında bildirilib.

Zərbədən az əvvəl Müdafiə Nazirliyi Səna hava limanının dərhal təxliyə edilməsinə çağırıb və vətəndaşları obyektə yaxınlaşmamaq barədə xəbərdar edib. Nazirlik ölkənin hava məkanını pozmağa cəhd edən istənilən təyyarənin qarşısını almağa hazır olduğunu vurğulayıb və bu tədbirlərin milli suverenliyin qorunmasına yönəldiyini qeyd edib.