Son Xəbərlər
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının
Moskvaya son 2 ilin ən böyük dron hücumu olub. Liderxeber.az xəbər verir ki,
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verib.
Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində qızı Zəhra
“İran memorandum üzrə sözlərinə yox, əməllərinə görə qiymətləndiriləcək”.
Dünya çempionatının qrup mərhələsinin ilk turunda bu gecə maraqlı qarşılaşma
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki

“Elektron siqaretlər xüsusilə gənclər üçün fəsad yaradır”

16 dek 2025, 17:03
“Elektron siqaretlər xüsusilə gənclər üçün fəsad yaradır”

“46 ölkə bu və ya digər formada elektron  siqaretləri qadağan edib. Tam qadağan edən ölkələr də var. Ümumi olaraq, bunu qanunla etməliyik ki, gələcəkdə qarışıqlıq yaratmasın”.

Liderxeber.az xəbər verir ki, bu sözləri deputat Vüqar İsgəndərov Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

“Şəxsən mənim tanıdığım insan var ki, buna görə uzun müddətdir müalicə alır. Elektron siqaretlər xüsusilə gənclər üçün fəsad yaradır. Çünki bir dəfə alır və davamlı istifadə edir. Təəssüf ki, ən az qadağan olunan qitə Avropadır. Ən çox qadağan olunan qitə isə Latın Amerikasıdır. Bizdə də qanunun işləməsi üçün çalışmaq lazımdır ki, gələcəkdə sözlərlə manipulyasiya olunmasın. Elektron siqaretlərin alqı-satqısı, istifadəsi tamamilə qadağan olunarsa, gələcək nəsillərin qorunmasına dəstək vermiş olardıq”, - deputat əlavə edib.