Son Xəbərlər
“İran Fars körfəzi ölkələrinə zərbələr endirməyib”. Liderxeber.az xarici
Yaxın günlərdə Xırdalanı Bakının mərkəzi ilə əlaqələndirən 135 saylı marşrut
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı
“Biz sərhədlərimizin həm şimalında, həm cənubunda tezliklə sülhün bərqərar
Xəzər Universiteti Dünya Məktəbi MMC-nin İnsan Resursları Departamentinin
“Biz sərhədlərimizin həm şimalında, həm cənubunda tezliklə sülhün bərqərar
“Onlar (ABŞ rəhbərliyi - red.) dərk edirdilər ki, Zəngəzur dəhlizi vacib
“Onlar (ABŞ rəhbərliyi - red.) dərk edirdilər ki, Zəngəzur dəhlizi vacib
“Azərbaycan artıq ortasəviyyəli gücə çevrilir və düşünürük ki, ölkəni

Bu marşruta müasir avtobuslar verilir - Yol olmadığından BMU-ya gedə bilməyəcəklər

13 iyl 2026, 13:49
Bu marşruta müasir avtobuslar verilir - Yol olmadığından BMU-ya gedə bilməyəcəklər

Yaxın günlərdə Xırdalanı Bakının mərkəzi ilə əlaqələndirən 135 saylı marşrut xəttinin avtobuslarının hamısının yenilənməsi gözlənilir.

Liderxeber.az xəbər verir ki, yeni avtobusların yol problemi ilə əlaqədar Bakı Mühəndislik Universiteti istiqamətində hərəkət edə bilməyəcəyi bildirilir. Belə ki, Xırdalan şəhəri Həsən Əliyev küçəsi istiqamətində-120 yolu adlanan ərazidə yolun keçilməz olması, dərin çalaların mövcudluğu müasir tipli alçaqdaban avtobusların hərəkətini mümkünsüz edib.

Məsələ ilə bağlı 135 saylı xətt üzrə sərnilinlərə xidmət göstərən “Xaliq Faiqoğlu” şirkətindən bildirildi ki, uzun illərdir qeyd edilən ərazidə yol problemi qalmaqdadır: “Tərəfimizdən dəfələrlə aidiyyəti qurumlara müraciət edilib. Lakin qeyd edilən ərazidə yolun bərpası həyata keçirilməyib. Hazırda böyük çətinliklə də olsa bir qədər köhnə avtobuslarla oradan hərəkət edə bilirik. Lakin xəttə ən müasir tipli "İveco" markalı avtobusları buraxandan mövcud şərtlərdə Bakı Mühəndislik Universiteti istiqamatində hərəkət edə bilməyəcəyik. Bununla bağlı olaraq həmin ərazidəki sakinlərdən və tələbələrdən üzr istəyirik və problemin şirkətimizin fəaliyyəti ilə bağlı olmadığını nəzərinizə çatdırırıq”.