Son Xəbərlər
“Amburan Mall” ticarət mərkəzində yerləşən CineMastercard premium
"Mombasa" və "Əl-Bəhiyə" tankerləri Omanın ərazi sularında
ABŞ Prezidenti Donald Tramp 16 iyulda xalqa müraciət edəcək. Liderxeber.az
İnsanların tez-tez yol verdiyi bir səhv yay aylarında evdəki istiliyin daha da
İran Silahlı Qüvvələrinin elit bölməsi sayılan İslam İnqilabı Keşikçiləri
İranın Omidiyyə şəhəri ətrafındakı bir neçə obyekt ABŞ-nin regiona həyata
Bu gün DÇ-2026-da yarımfinal mərhələsi start götürəcək. Liderxeber.az xəbər
Dünya çempionatında Kabo-Verde millisinin heyətində göstərdiyi möhtəşəm
Yəmən Silahlı Qüvvələri İrana məxsus təyyarənin eniş etməsinin qarşısını almaq
Gürcüstanın Poti şəhərində keçirilən akademik avarçəkmə və kanoe üzrə

Yayda evdəki istiliyi artıran əsas səhv nədir?

14 iyl 2026, 09:38
Yayda evdəki istiliyi artıran əsas səhv nədir?

İnsanların tez-tez yol verdiyi bir səhv yay aylarında evdəki istiliyin daha da kəskinləşməsinə səbəb olur.

Liderxeber.az xəbər verir ki, bu barədə "El Confidencial" nəşri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına istinadən informasiya yayıb.

Qeyd olunur ki, yayda yol verilən əsas yanlışlıq otağı havalandırmaq üçün gündüz saatlarında pəncərələrin açılmasıdır.

Məsələ burasındadır ki, küçədəki hava evin daxilindəki havadan xeyli istidir. Nəticədə isti kütlə birbaşa mənzilə daxil olur.

Ekspertlər havalandırma prosesini ya səhər tezdən, ya da gecə həyata keçirməyi məsləhət görürlər.

Həmçinin gün ərzində pərdələri və jalüzləri qapalı saxlamaq tövsiyə olunur. Bu üsul günəş şüalarının otağa daxil olmasının qarşısını almağa kömək edəcək.