Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Azərbaycan Premyer Liqasında məhsuldarlıq rekordu təkrarlanıb

27 yan 2023, 13:00
Azərbaycan Premyer Liqasında məhsuldarlıq rekordu təkrarlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısının startı yüksək məhsuldarlıqla əlamətdar olub.

LiderXəbər Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, XIX turda ümumilikdə 18 qol vurulub.

“Kəpəz” – “Qəbələ” (2:2), “Turan Tovuz” – “Qarabağ” (2:3), “Zirə” – “Sumqayıt” (3:1), “Şamaxı” – “Səbail” (2:1) və “Sabah” – “Neftçi” (2:0) matçlarının keçirildiyi turda orta məhsuldarlıq 3,60-a bərabər olub.

Bu, 2022/2023 mövsümünün rekordunun təkrarıdır. Cari çempionatın II və VII turunda da 18 qol vurulub.

Qeyd edək ki, daha yüksək məhsuldarlıq sonuncu dəfə ötən mövsümün X turunda qeydə alınıb. 2021-ci il noyabrın 6-7-dəki turun 4 matçında 17 qol vurulub və orta göstərici 4,25-ə bərabər olub.