Son Xəbərlər
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər
İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan

İnsanlar hələ 5200 il əvvəl təbiəti zəhərləməyə başlayıblar

03 fev 2025, 12:05
İnsanlar hələ 5200 il əvvəl təbiəti zəhərləməyə başlayıblar

Heydelberq Universitetinin alman alimləri insanların ətraf mühiti qurğuşunla çirkləndirməyə hələ 5200 il əvvəl başladığını aşkar ediblər.

Kəşf Egey dənizinin dibindən və Yunanıstanın sahilyanı ərazilərindən toplanan çöküntünün təhlili nəticəsində edilib.

Liderxeber.az xəbər verir ki, tədqiqat "Communications Earth & Environment" (CEE) elmi jurnalında dərc olunub.

Komanda insan fəaliyyətinin quru və dəniz ekologiyasına necə təsir etdiyini anlamaq üçün 14 çöküntü materialını təhlil edib. Torf bataqlığından götürülmüş nümunələrdən birində eramızdan əvvəl 3200-cü ilə aid qurğuşun izləri olub. Bu, ətraf mühitin ağır metallarla antropogen çirklənməsinin ən erkən məlum sübutudur.

Tədqiqat həmçinin bu dövrdə dəniz çöküntülərində qurğuşun çirklənməsinin göründüyünü müəyyən edib. Bu, insan fəaliyyətinin artıq ətraf mühitə ciddi təsir etdiyini göstərir.