Son Xəbərlər
Azərbaycan və Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda
TÜRKPA çərçivəsində Milli Məclisin hazırladığı “Əhalinin ekoloji təhsili və
Bakıda və Abşeron yarımadasında yanvarın 23-də hava şəraitinin dəyişkən
2024-cü Azərbaycanla ticarət tərəfdaşı olan ölkələrdəki bahalaşma ölkə
Azərbaycanda valideynlərini itirmiş uşaqlara birdəfəlik pul vəsaiti konkret
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25 %
Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin bu günki səviyyəsi
ABŞ-nin Nyu-York ştatından olan dermatoloq Viktoriya Kazlosukaya gənclərdə
Beldə ağrılar və qeyri-düzgün qamət təkcə oturaq həyat tərzi və ya travmalarla
banner

Dəniz suyunu içməliyə çevirən yeni texnologiya: Tonlarla kimyəvi maddəyə ehtiyac yoxdur

22 yan 2025, 09:43
Dəniz suyunu içməliyə çevirən yeni texnologiya: Tonlarla kimyəvi maddəyə ehtiyac yoxdur

Dəniz suyunun içməli suya çevrilməsini asanlaşdıran və təmizləmə xərclərini əhəmiyyətli dərəcədə azaldan yeni texnologiya icad edilib.

Liderxeber.az-ın verdiyi məlumata görə, ABŞ-nin Miçiqan və Rays Universitetlərinin mühəndisləri tərəfindən aparılan tədqiqatın nəticələri "Nature Water" jurnalında dərc edilib.

Bildirilir ki, metod karbon elektrodlarından istifadə edərək toksik bor maddəsinin kənarlaşdırılması üsuludur.

Bor dəniz suyunun təbii komponentidir, lakin onun konsentrasiyası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi təhlükəsiz normalardan iki dəfə çoxdur. Kənd təsərrüfatı bitkiləri üçün borun yol verilən səviyyəsi daha aşağıdır - 5-12 dəfə. Standart filtrasiya zamanı bor adətən filtrlərdən keçir və içməli suyu çirkləndirir.

Əvvəllər filtrasiya mərhələsindən sonra bor maddəsinin kənarlaşdırılması üçün onun elektrik yükünü dəyişdirmək məqsədilə qələvi kimi kimyəvi maddələrin əlavə edilməsi tələb olunurdu. Bu, suyun təmizlənməsi prosesini bahalı və enerjitutumlu edirdi.

Alimlər bor maddəsini səmərəli şəkildə tutan elektrodlar hazırlayıblar. Texnologiya bir neçə mərhələdən ibarətdir. Birinci mərhələdə membran vasitəsilə əsas duz ionları kənarlaşdırılır. Sonra su elektrodları olan kameradan keçir, burada su molekulları müsbət hidrogen ionlarına və mənfi hidroksid ionlarına ayrılır. Sonuncular borla birləşərək ona mənfi yük verir. Daha sonra yükü sayəsində bor müsbət elektrodlara yapışır, digər maddələr isə suda qalır.

Bu proses əlavə kimyəvi maddələrin əlavə edilməsini tələb etmir. Nəticədə texnologiya daha ekoloji olur.

Yeni qurğu suyun duzsuzlaşdırılması xərclərini 15% azaltmağa imkan verir.