Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Azərbaycan səfiri Belçika Senatının sədri ilə ikitərəfli əlaqələri müzakirə edib

22 yan 2025, 09:09
Azərbaycan səfiri Belçika Senatının sədri ilə ikitərəfli əlaqələri müzakirə edib

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov Belçika Senatının (parlamentin yuxarı palatası) rəhbəri Valeri De Byu ilə görüşdə Bakı və Brüssel arasında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

Liderxeber.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat “X” səhifəsində yazıb.

“Yanvarın 21-də Belçika Senatının sədri Valeri De Byu tərəfindən qəbul edilmək şərəfinə nail oldum. Belçika ilə Azərbaycan arasında federal və regional səviyyədə çoxprofilli əlaqələrlə bağlı bir çox məsələlər ətrafında maraqlı söhbətimiz oldu”, - diplomat qeyd edib.

Görüşdə həmçinin qlobal və regional gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.