Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Milli Məclis ekoloji təhsillə bağlı TÜRKPA üçün model qanun layihəsi hazırlayıb

22 yan 2025, 13:02
Milli Məclis ekoloji təhsillə bağlı TÜRKPA üçün model qanun layihəsi hazırlayıb

TÜRKPA çərçivəsində Milli Məclisin hazırladığı “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” model qanun layihəsi yaxın günlərdə müvafiq komissiyanın iclasında müzakirə olunacaq.

Liderxeber.az xəbər verir ki, bu barədə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasında çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, layihə üzv dövlətlərin əhalisinin, xüsusən də böyüyən nəslin ekoloji təhsil və maarifləndirmə üzrə fəaliyyətinə öz töhfəsini verəcək.

Şöbə müdiri qeyd edib ki, iqlim dəyişmələrindən yaranan problemlər insan hüquqlarının pozulmasına, bununla da məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmə təcrübəsinin formalaşmasına, məsuliyyət tədbirlərinin tətbiqinə səbəb olur.

A.Vəliyev vurğulayıb ki, iqlim dəyişmələri nəticə etibarilə tək ekoloji və ya sosial-iqtisadi arealla məhdudlaşmır, həm də hüquqi məsələdir:

"Ətraf mühitdən istifadəyə uyğun olaraq situativ davranışları və sosial normaları dəyişmək lazımdır, əks halda problemlə kompleks şəkildə mübarizə aparmaq mümkün olmayacaq. Beynəlxalq hüquq - dövlətlərin qlobal ekoloji problemlərinin, xüsusən də iqlim dəyişmələrinin həlli üçün kollektiv öhdəliklər müəyyən edir, bu sahədə milli fəaliyyət planlarını qəbul etməyi və həyata keçirməyi tələb edir".

Parlamentin şöbə müdiri əlavə edib ki, proqnozlara əsasən 2050-ci ilədək dünya əhalisinin təxminən 70%-i şəhərlərdə yaşayacaq və bu da urbanizasiyanın ətraf mühitə mənfi təsirlərini azaltmaq məsələsini aktuallaşdırır:

"Şəhərdə əhalinin sağlamlığının qorunması, məşğulluğun təminatı, yaşıl məkanların sahəsinin artırılması, tullantıların idarə olunması kimi prioritet hədəflər müəyyən etməyin vaxtıdır. Bu hədəflərin reallaşması üçün ekoloji təhsil və tərbiyəyə, habelə bu sahə üzrə kadrların hazırlanmasına ehtiyac var".