Son Xəbərlər
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ( AAYDA) İdarə Heyətinin
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində
“Məhərrəm ayı Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edəcək”.
“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb. Liderxeber.az xəbər verir
Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə
İran ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına zərbələr endirib və
“Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər”​. Liderxeber.az xəbər
“Regionu ABŞ üçün cəhənnəmə çevirəcəyik”. Liderxeber.az xəbər verir ki, bunu
Sakit okeanda yerləşən və dünyanın ən kiçik respublikası hesab edilən Nauru
Oksford Universiteti ilə “Moderna” əczaçılıq şirkəti arasında əməkdaşlıq

Azərbaycanda müxtəlif amillərin inflyasiyaya təsir gücü açıqlanıb

22 yan 2025, 11:20
Azərbaycanda müxtəlif amillərin inflyasiyaya təsir gücü açıqlanıb

2024-cü Azərbaycanla ticarət tərəfdaşı olan ölkələrdəki bahalaşma ölkə daxilində qiymət artımına 4,41 faiz bəndi artırıcı təsir göstərib.

Liderxeber.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Daxili amillərə gəlincə isə inflyasiyaya dövlət və ev təsərrüfatlarının istehlakı 1,5 faiz bəndi, qiymətlərin tənzimlənməsi 0,6 faiz bəndi, kən təsərrüfatı istehlakı 3,4 faiz bəndi artırıcı, manatın nominal effektiv məzənnə 2,21 faiz bəndi, digər amillər isə 3,6 faiz bəndi azaldıcı təsir göstərib" - deyə o qeyd edib.

Bundan başqa, baş bankir əlavə edib ki, bu il dövlət büdcə xərclərinin artırılmasının inflyasiyaya 0,3 faiz bəndi, kredit portfelinin böyüməsinin isə 0,64 faiz bəndi artırıcı təsir edəcəyi gözlənilir. Bu ilin əvvəlindən kommunal xidmətlərin bahalaşmasının isə inflyasiyaya təsiri 0,51 faiz bəndi artırıcı ola bilər".

Xatırladaq ki, AMB-nin yenilənmiş proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5,5 %, 2026-cı ildə isə 3,8 % ətrafında olacağı gözlənilir. Bundan əvvəl qurum bu il üçün 5,8 % illik inflyasiya proqnozlaşdırırdı.