İsrailin Qəzza zolağına sonuncu hücumları nəticəsində azı 100 fələstinli həlak olub.
Liderxeber.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, İsrail qüvvələrinin son 24 saat ərzində Qəzza zolağında köçkün fələstinlilərin sığındığı dörd məktəbi bombalaması nəticəsində ən azı 100 nəfər ölüb.
Ölənlər arasında “Əl-Cəzirə” kanalının operatoru, daha iki fələstinli jurnalist və Fələstin Mülki Müdafiəsinin beş əməkdaşı olduğu bildirilir.