Son Xəbərlər
Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Havanın isinməsi ilə kondisionerlərin istifadəsi artır. Lakin isti mühitdən
Yaxın Şərqdə gərginliyin davam etdiyi bir vaxtda ABŞ ordusuna məxsus “AH-64
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk

İraq Suriya ilə Türkiyəni barışdırmaq istəyir

06 iyn 2024, 08:45
İraq Suriya ilə Türkiyəni barışdırmaq istəyir

Yaxın günlərdə İraqın paytaxtında Suriya və Türkiyə arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlar baş tutacaq.

Liderxeber.az-ın məlumatına görə, bu barədə “Shafaq News” informasiya portalı məlumat yayıb. Qeyd olunub ki, Suriya və Türkiyə rəsmiləri arasında görüş İraqın baş naziri Məhəmməd əl-Sudaninin vasitəçilik səyləri sayəsində mümkün olub.

Mənbə vurğulayıb ki, İraq Nazirlər Kabinetinin rəhbəri və hökumət üzvləri son vaxtlar Dəməşq və Ankaranı barışdırmaq məqsədi ilə bütün mümkün əlaqələri gizli şəkildə gücləndirib və məqsədə çatmaq üçün bir sıra ikitərəfli görüşlər keçiriblər.

Mümkün danışıqlarda nümayəndə heyətlərinin tərkibi və onların keçirilməsinin dəqiq tarixi barədə hələlik məlumat verilməyib. Rəsmi Bağdad dərc edilən xəbərə rəsmi münasibət bildirməyib.