Son Xəbərlər
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları
Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.

Vyetnamın yeni prezidenti məlum olub

02 mar 2023, 09:29
Vyetnamın yeni prezidenti məlum olub

Vyetnam parlamenti hakim Vyetnam Kommunist Partiyasının (VKP) Mərkəzi Komitəsinin katibliyinin üzvü Vo Van Txıounqu ölkə prezidenti postuna təsdiq edib.

Liderxəbər xəbər verir ki, bu barədə məlumat Vyetnam hökumətinin internet portalında öz əksini tapıb.

Belə ki, siyasətçinin namizədliyini 488 deputatdan 487-si (98,38%) dəstəkləyib.

Nəticələr elan edildikdən dərhal sonra dövlət başçısının andiçmə mərasimi baş tutub. Təsdiqləndikdən sonra o, parlament deputatları qarşısında vətənə, Vyetnam Kommunist Partiyasına və Vyetnam xalqına sədaqət andı içib.

Beləliklə, 52 yaşlı Vo Van Txıounq Vyetnamın 12-ci prezidenti olub. Ondan əvvəl dövlət başçısı yanvarın 17-də istefa vermiş Nquen Suan Fuk olub. Prezident yüksək vəzifəli şəxslərlə bağlı davam edən korrupsiya qalmaqalına görə məsuliyyəti öz üzərinə götürüb.