Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Rusiya XİN Paşinyanın Sankt-Peterburqa gələcəyinə ümid edir

20 dek 2023, 17:22
Rusiya XİN Paşinyanın Sankt-Peterburqa gələcəyinə ümid edir

Hesab edirik ki, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidentinin dəvətindən istifadə edərək dekabrın 25-26-da Sankt-Peterburqda keçiriləcək Avrasiya İttifaqı Ali İqtisadi Şurasının iclasına və MDB ölkələri dövlət başçılarının qeyri-formal sammitinə gələcək.

LiderXəbər-in Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Paşinyanın İctimai Televiziyaya müsahibəsində rəsmi Moskvanın əleyhinə səsləndirdiyi bəyanatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Paşinyan Peterburqda keçiriləcək görüşdə İrəvan üçün maraqlı olan bütün məsələləri qaldıra bilər:

"O ki qaldı bizim Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı mövqeyimizə, bu mövqe ölkə prezidenti, xarici işlər naziri, prezident administrasiyası, ümumilikdə XİN tərəfindən dəfələrlə açıqlanıb. Düşünürəm ki, siz bu mövqe ilə yaxşı tanışsınız", deyə Zaxarova vurğulayıb.