Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

ABŞ bu il üçün qlobal neft hasilatı üzrə proqnozunu cüzi artırıb

13 dek 2023, 11:09
ABŞ bu il üçün qlobal neft hasilatı üzrə proqnozunu cüzi artırıb

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2023-cü il üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu cüzi azaldıb, 2024-cü il üçün isə azaldıb.

LiderXəbər-in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il maye karbohidrogenlərin gündəlik qlobal istehsalının ortalama hesabla 102,19 mln. barel olacağı ehtimal edilir ki, bu da öncəki proqnozdan 0,36 mln. barel azdır.

Hesabata əsasən, 2023-cü ildə maye karbohidrogenlərin gündəlik istehsalı 101,62 mln. barel olacaq ki, bu, ötən proqnoz göstəricidən 0,08 mln. barel çoxdur.

Hesabatda qeyd olunur ki, ötən il maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 99,99 mln. barel səviyyəsində olub.

Xatırladaq ki, 2021-ci ildə maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 95,7 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik istehsal 93,84 mln. barel təşkil edib. 2019-cu ildə bu göstərici 100,61 mln. barelə bərabər idi.

EİA məlumatlarını nəzərə alaraq belə bir qənaətə gəlmək olar ki, maye karbohidrogenlərin gündəlik qlobal hasilatı pandemiyadan əvvəlki səviyyəni bu il ötəcək.