Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

Səlçuk Karakılıç: “Qardaş köməyinə ehtiyacımız var”

07 fev 2023, 21:13
Səlçuk Karakılıç: “Qardaş köməyinə ehtiyacımız var”

“Hələ 100 il öncə Azərbaycanda Birinci Dünya Müharibəsi və Milli Mübarizə illərində hər zaman “Qardaş köməyi” adı ilə yardım toplanırdı. Təkcə imkanlılar deyil, Azərbaycan xalqı əllərində nə varsa, Türkiyəyə göndərirdi. “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti” Birinci Dünya Müharibəsi illərində qardaş Türkiyəyə yardımlarını davam etdirirdi. “Qardaş köməyi” adlı nəşri çıxararaq gəlirlərini Türkiyəyə göndərən azərbaycanlı jurnalistlər xalqın səsinə çevrilmişdi”. 

LiderXəbər-in məlumatına görə, bu sözləri Bakı Yunus Əmrə İnstitutunun direktoru Səlçuk Karakılıç mediaya açıqlamasında bildirib. Qeyd edib ki, 100 il sonra baş verən zəlzələdən dolayı Türkiyə yenə də böyük bir fəlakətlə üz-üzədir. Bu gün yenidən “Qardaş Köməyi”nə ehtiyac var. “Bakı-Türk Təhsil” qurumları, “Türkiyə Əsri Birlik və Həmrəylik” platforması və “Qardaş Köməyi” platforması müxtəlif yardım kampaniyaları təşkil edir.

“Qardaş köməyinə, qardaşlarımızın səsinə ehtiyacımız var. Aşağıda nömrələri və adları qeyd olunan kampaniyaya sizləri dəvət edir, dəstəyinizi gözləyirik” – deyə S. Karakılıç əlavə edib. 

Siyahıda verilən əşyaların təmin edilməsi və zəlzələdən zərər görmüş bölgələrə maddi yardımın göstərilməsi üçün aşağıdakı ünvanlara yardım toplanılmasını təşkilində və məlumatın yayılmasında dəstəyimizi əsirgəməyək.