Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

ÜST COVID-19-un mənbəyi ilə bağlı araşdırmaları davam etdirir

14 noy 2023, 09:00
ÜST COVID-19-un mənbəyi ilə bağlı araşdırmaları davam etdirir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının səbəblərini araşdırmaqda davam edəcək.

LiderXəbər xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Onun sözlərinə gör, xəstəliyin ilkin hallarının daha hərtərəfli təhlilə ehtiyac var idi.

“ÜST COVID-19 pandemiyasının başlanğıcını başa düşmək üçün fəaliyyətini dayandırmayacaq. Bu, təkcə gələcək pandemiyaların qarşısını almağa kömək edəcəyinə görə deyil, həm də bu virusdan ölən milyonlarla insana borclu olduğumuz üçündür. Bu, ÜST üçün prioritetdir” baş direktor deyib.

Qlobal səhiyyə fövqəladə hala 2020-ci ilin yanvar ayının sonundan 5 may 2023-cü il tarixinədək şahidlik etdi. Təşkilatın saytında dərc olunan 8 noyabr 2023-cü il tarixinə olan məlumata görə, dünyada 771 820 937 koronavirusa yoluxma halı, 6 978 175 ölüm halı qeydə alınıb.