Son Xəbərlər
Rusiya Prezidenti Vladimir Putin miqrasiya sahəsində rüsumların artırılması
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli
Pakistanda 5,4 maqnitudalı zəlzələ baş verib. Liderxeber.az xəbər verir ki, bu
Bir çox insan yuxu gigiyenası ilə bağlı bütün tövsiyələrə əməl etsə də,
Aviauçuşlar təzyiqin dəyişməsi, oksigen səviyyəsinin azalması və hipodinamiya
ABŞ hərbçiləri Hörmüz boğazı yaxınlığında İranın bir sıra obyektlərinə
İran millisi bu gün dünya çempionatının qrup mərhələsində vacib oyuna çıxacaq.
Seneqal millisi dünya çempionatının qrup mərhələsində son oyununa çıxıb.
Bu gün fiziki tərbiyə fənni üzrə ilk dəfə keçirilən sertifikasiya imtahanında
Rusiya və Ukrayna arasında “160-ın 160-a” formulu ilə növbəti hərbi əsir

Putin miqrantlarla bağlı həmin qanunu imzaladı

27 iyn 2026, 11:29
Putin miqrantlarla bağlı həmin qanunu imzaladı

Rusiya Prezidenti Vladimir Putin miqrasiya sahəsində rüsumların artırılması barədə qanunu imzalayıb.

Liderxeber.az “Kommersant”a istinadən xəbər verir ki, sözügedən sənəd bir aydan sonra qüvvəyə minəcək. 

Qanuna əsasən, Rusiya pasportunun alınmasına və ya Rusiya vətəndaşlığından çıxmağa görə rüsum 12 dəfə - 4200 rubldan (təxminən 95 AZN) 50000 rubla (təxminən 1130 AZN) qədər, Rusiya ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə görə rüsum 8 dəfə - 1920 rubldan (təxminən 43 AZN) 15000 rubla (təxminən 340 AZN) qədər, yaşayış icazəsinin verilməsinə görə rüsum isə 5 dəfə - 6000 rubldan (təxminən 135 AZN) 30000 rubla (təxminən 680 AZN) qədər artırılıb.   

Bununla yanaşı, miqrantların işə cəlb edilməsi üçün icazələrin verilməsinə görə rüsum da artırılaraq, hər bir xarici mütəxəssis üçün 15000 rubla (təxminən 340 AZN) çatdırılıb.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya Dövlət Duması miqrantlar üçün rüsumların artırılmasına dair qanun layihəsini qəbul etmişdi