Son Xəbərlər
Böyük Britaniya Azərbaycanla səmərəli əməkdaşlığa hazırdır. Liderxeber.az
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 11-ci kilometrindən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Lənkəran rayon prokurorunun işinə xitam verilib. Bu barədə Liderxeber.az-a Baş
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan rayonunda
Metronun “28 May” stansiyasında kişi sərnişin stansiya yoluna düşüb. Bu barədə
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili "Ailə dəyərlərinin və
Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrda BMT-nin İqlim Dəyişmələri üzrə
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın
Sumqayıt Tibb Mərkəzinin (STM), Sumqayıt Şəhər İcra Hakimiyyətinin
banner

BDU-nun kredit borcları artıb - Palata

06 sen 2024, 14:58
BDU-nun kredit borcları artıb - Palata

Bakı Dövlət Universitetində (BDU) təhsil alanların tədris illərinin müvafiq semestrlərində aralıq və cari qiymətləndirilmənin nəticələrinə görə yaranmış kredit haqları üzrə debitor borcları 1 yanvar 2022-ci ilin əvvəlinə nisbətən 1 yanvar 2024-cü il tarixinə 13,7% artaraq 1939,0 min manat təşkil edib.

Liderxeber.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2024-cü ilin İş planına dair apardığı audit nəticələrində bildirilib.

“Təhsil haqqının və təqaüdlərin maliyyələşdirilməsi istiqamətində ayrılmış dövlət vəsaitlərinin icrası prosesində yol verilmiş nöqsanlar nəticəsində formalaşmış məbləğ bu istiqamətdə cəmi xərclərin tərkibində əhəmiyyətli təsirə malik olmamış, dövlət sifarişi əsasında maliyyələşdirilməsi müvəqqəti olaraq dayandırılan tələbələr üzrə təhsil xərcinə görə cəmi 27 halda 15,2 min manat, auditlə əhatə edilən dövrdə xaric olunmuş dövlət sifarişli tələbələrin yerinə ödənişli əsaslarla təhsilalan tələbələr yerləşdirilmədiyi halda 133 tələbə üzrə 188,8 min manat vəsait büdcəyə qaytarılmayıb”, - məlumatda qeyd edilib. 

Bildirilib ki, universitetdə tələbələrə hesablanmış təqaüd məbləği üzrə nazirliyin 272,1 min manat kreditor borc qalığı mövcud olub:

“Təqaüd məbləğinin və əlavələrin düzgün müəyyənləşdirilməməsi səbəbindən 1,0 min manat, müxtəlif səbəblərdən xaric edilən dövlət sifarişli tələbələrə görə azalmış təqaüd yerlərinin nəzərə alınmaması nəticəsində artıq müəyyən edilmiş təqaüd yerlərinə görə ümumilikdə 40 halda 9,5 min manat vəsait artıq ödənilib”.