Son Xəbərlər
Bu gün fiziki tərbiyə fənni üzrə ilk dəfə keçirilən sertifikasiya imtahanında
Rusiya və Ukrayna arasında “160-ın 160-a” formulu ilə növbəti hərbi əsir
Filippində 6.4 bal gücündə zəlzələ baş verib. Liderxeber.az xəbər verir ki, bu
ABŞ administrasiyası “OpenAI” şirkətindən “ChatGPT-5.6” süni intellekt
Avropa Komissiyası Avropa İttifaqına (Aİ) namizəd ölkələrə tam üzvlükdən əvvəl
Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün
Avstraliyanın baş naziri ölkə ərazisində uşaqların sosial platformalardan
İyunun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə
Naxçıvanda yeniyetmə cüdoçu vəfat edib. Liderxeber.az xəbər verir ki, bu
Azərbaycanda faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən

Təlimçi kimi yetişdirdi, imtahanda birlikdə uğur qazandı: Murad müəllimin nümunəvi nəticəsi

26 iyn 2026, 20:41
Təlimçi kimi yetişdirdi, imtahanda birlikdə uğur qazandı: Murad müəllimin nümunəvi nəticəsi

Bu gün fiziki tərbiyə fənni üzrə ilk dəfə keçirilən sertifikasiya imtahanında Gəncə şəhərində fəaliyyət göstərən fiziki tərbiyə müəllimi Murad Məmmədov ən yüksək nəticələrdən birini əldə edib.

Liderxeber.az xəbər verir ki, o, 60 sualdan 58-nə düzgün cavab verərək 58 bal toplayıb. Səhv cavablandırdığı 2 sualın isə diqqətsizlikdən qaynaqlandığı bildirilib.

Hazırda Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyində və Gəncə şəhər 26 nömrəli Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Məktəb-Liseydə fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərən Murad Məmmədov artıq 10 ildir ki, təlimçilik fəaliyyəti ilə məşğuldur. Bu müddət ərzində onun hazırladığı 386 namizəd Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında uğur qazanaraq müəllim adını əldə edib.

Bu il ölkədə ilk dəfə təşkil olunan fiziki tərbiyə fənni üzrə sertifikasiya imtahanında Murad Məmmədov yalnız təlimçi kimi deyil, eyni zamanda hazırladığı müəllimlərlə birlikdə imtahan iştirakçısı kimi də yer alıb. Onun sözlərinə görə, imtahan sualları məzmun baxımından balanslı hazırlanıb və müəllimlərin bilik səviyyəsini obyektiv şəkildə qiymətləndirməyə imkan verib.

Ən diqqətçəkən nəticələrdən biri isə sertifikasiya imtahanına hazırladığı 317 müəllimin hər birinin test mərhələsini uğurla keçməsi olub. Həmin müəllimlərin böyük əksəriyyəti 56 və daha yüksək bal toplayaraq yüksək nəticələr nümayiş etdirib.

Murad Məmmədov sertifikasiya prosesinin şəffaf və peşəkar şəkildə təşkilinə görə Elm və Təhsil Nazirliyinə və Təhsil İnstitutuna təşəkkürünü bildirib. O, yüksək nəticə göstərən bütün həmkarlarını təbrik edərək, qarşıdakı müsahibə mərhələsində də onlara uğurlar arzulayıb.