Son Xəbərlər
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki

İyul ayı üçün kosmik hava proqnozu açıqlanıb

03 iyl 2023, 15:30
İyul ayı üçün kosmik hava proqnozu açıqlanıb

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası iyul ayı üçün kosmik hava proqnozunu açıqlayıb.

Bu barədə Universitetdən bildirilib.

Qeyd edilib ki, iyulun 2-də Günəş səthində olan 3354 oblastında güclü və davamlı X1 alışması baş verib. 3359 oblastında baş vermiş M2.0 alışması iyul ayının əvvəlində ikinci güclü alışma olub. Son alışma tac kütlə atılması (Coronal Mass Ejection - CME) meydana gətirsə də, onun Yerə təsir etməyəcəyi, geoeffektiv olmayacağı proqnozlaşdırılıb.


Geomaqnit aktivliyini göstərən Kp əmsalının orta qiymətinin 2023-cü ilin iyul ayı üçün 2-4 intervalında olacağı, ayrı-ayrı tarixlərdə yüksələcəyi gözlənilir. Belə ki, iyulun 8-də Kp əmsalının 4, iyulun 11-13-də isə 5 olacağı, G1 səviyyəsində mülayim geomaqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.