Son Xəbərlər
Filippində 6.4 bal gücündə zəlzələ baş verib. Liderxeber.az xəbər verir ki, bu
ABŞ administrasiyası “OpenAI” şirkətindən “ChatGPT-5.6” süni intellekt
Avropa Komissiyası Avropa İttifaqına (Aİ) namizəd ölkələrə tam üzvlükdən əvvəl
Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün
Avstraliyanın baş naziri ölkə ərazisində uşaqların sosial platformalardan
İyunun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə
Naxçıvanda yeniyetmə cüdoçu vəfat edib. Liderxeber.az xəbər verir ki, bu
Azərbaycanda faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktoru Fəzail Sadıqov 26

ABŞ “ChatGPT”nin bu modelinin bağlanmasını tələb etdi

26 iyn 2026, 16:01
ABŞ “ChatGPT”nin bu modelinin bağlanmasını tələb etdi

ABŞ administrasiyası “OpenAI” şirkətindən “ChatGPT-5.6” süni intellekt modelinin yayımını məhdudlaşdırmağı tələb edib.

Liderxeber.az CNN-ə istinadən xəbər verir ki, Ağ Ev modelin inkişaf etmiş imkanlarını nəzərə alaraq onun yalnız hökumət tərəfindən təsdiqlənmiş məhdud sayda tərəfdaşın istifadəsinə verilməsini istəyib.

Məlumata görə, “OpenAI” modelin istifadəsini məhdudlaşdırmağa razılıq verib.

Bununla yanaşı, “OpenAI” hökumətə bu yanaşmanın uzunmüddətli həll olmadığını çatdırıb və gələcək modellər üçün daha dayanıqlı mexanizmin hazırlanması istiqamətində dövlət qurumları və sənaye nümayəndələri ilə əməkdaşlıq edəcəyini bildirib.

Ağ Ev rəsmisi isə CNN-ə açıqlamasında hökumətin qabaqcıl süni intellekt laboratoriyaları ilə bu texnologiyanın risklərinin idarə olunması üçün əməkdaşlığı davam etdirdiyini deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası iyunun 13-də Anthropic şirkətinin “Mythos” və “Fable” adlı ən inkişaf etmiş süni intellekt modellərinə ixrac məhdudiyyətləri tətbiq edib.