Son Xəbərlər
Gürcüstanın Tbilisi şəhərində BMT-nin Dövlət Xidmətləri Forumunun açılış
"Azərbaycanda kasko sığortasına yeni yanaşmalar tətbiq olunacaq".
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən yağıntılı və qeyri-sabit hava
Daşınmaz əmlak üzərində hüquqların əldə edilməsində dövlət reyestri və
“Yüksək tələbatı nəzərə alaraq, aktiv bilet satışı dövrünün hazırkı 30 gündən
İstirahət üçün təhlükəsiz məkan hesab edilməsinə baxmayaraq, suyun
ABŞ Prezidenti Donald Tramp bioloji baxımdan kişi olan transgenderlərin qadın
Avstriyalı fermer Rudolf Şaubax qoyunları canavarlardan qorumaq üçün xüsusi
Çex Respublikasının Prezidenti Petr Pavel hökumətin onu qarşıdan gələn NATO
Təxminən 30 ildir Everest dağının “ölüm zonası”nda qalan və alpinistlər

Azərbaycanda kasko sığortası ilə bağlı yenilik

24 iyn 2026, 11:40
Azərbaycanda kasko sığortası ilə bağlı yenilik

"Azərbaycanda kasko sığortasına yeni yanaşmalar tətbiq olunacaq".

Liderxeber.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarov Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda deyib.

Onun sözlərinə görə, dəyişikliklər beynəlxalq sığorta prinsiplərinə uyğunlaşmanı, istehlakçı məmnuniyyətinin artırılmasını və tərəflərin hüquq və öhdəliklərinin daha aydın müəyyənləşdirilməsini təmin edəcək.

Ə.Məmmədyarov bildirib ki, daşınmaz əmlakın icbari sığortası və aqrosığorta sahəsində də yeniliklər hazırlanır. Bundan başqa, işsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu yaradılıb.

AMB rəsmisinin sözlərinə görə, sığorta bazarında aparılan təkmilləşdirmələr sektorun dayanıqlığının artırılmasına xidmət edir.