Son Xəbərlər
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən yağıntılı və qeyri-sabit hava
Daşınmaz əmlak üzərində hüquqların əldə edilməsində dövlət reyestri və
“Yüksək tələbatı nəzərə alaraq, aktiv bilet satışı dövrünün hazırkı 30 gündən
İstirahət üçün təhlükəsiz məkan hesab edilməsinə baxmayaraq, suyun
ABŞ Prezidenti Donald Tramp bioloji baxımdan kişi olan transgenderlərin qadın
Avstriyalı fermer Rudolf Şaubax qoyunları canavarlardan qorumaq üçün xüsusi
Çex Respublikasının Prezidenti Petr Pavel hökumətin onu qarşıdan gələn NATO
Təxminən 30 ildir Everest dağının “ölüm zonası”nda qalan və alpinistlər
Bu gün Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində
İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf

Hovuzlarda gizlənən təhlükələr - Mütəxəssisdən vacib xəbərdarlıq

24 iyn 2026, 10:45
Hovuzlarda gizlənən təhlükələr - Mütəxəssisdən vacib xəbərdarlıq

İstirahət üçün təhlükəsiz məkan hesab edilməsinə baxmayaraq, suyun təmizlənməsi sistemindəki nasazlıqlar, kimyəvi maddələrin miqdarının aşılması və sanitariya qaydalarının pozulması səbəbindən hovuzlar sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

Liderxeber.az xəbər verir ki, infeksionist, tibb elmləri namizədi Yekaterina Stepanova kəskin qoxunun, dəri və gözlərdəki qıcıqlanmanın kimyəvi maddələrin konsentrasiyasının normadan artıq olmasından xəbər verdiyini vurğulayıb.

Mütəxəssis belə vəziyyətlərdə dərhal duş qəbul etməyi, geyimi dəyişməyi və sağlamlığa dəyə biləcək zərərin qarşısını almaq üçün tibbi yardıma müraciət etməyi məsləhət görüb.

Rusiyalı ekspert, həmçinin xatırladıb ki, hovuz ziyarətçiləri bakterial, virus və göbələk infeksiyalarına yoluxma riski altındadırlar. İnfeksiyaya yoluxma əksər hallarda su udulduqda və ya çirkli səthlərlə təmas zamanı baş verir.

Mütəxəssislərin fikrincə, məkanda təhlükəsizlik birbaşa filtrasiya və reaktivlərin dozalanması sisteminin düzgün işləməsindən asılıdır. Bununla yanaşı, sürüşməyə qarşı örtüklərin olması vacibdir; həmçinin yanlış quraşdırıldıqda saçları, ətrafları və ya geyim hissələrini içərisinə çəkə bilən dib axıdıcılarının yaratdığı təhlükə də nəzərə alınmalıdır.

Hovuzlarda təhlükəsizlik üçün tövsiyələr:

- Papaq, eynək və başmaqdan istifadə edin.

- Başqalarının dəsmalları ilə qurulanmayın.

- Dərinin səthlərlə lazımsız təmasından qaçın.

- Sudan çıxdıqdan sonra xlor qalıqlarını yumaq üçün mütləq duş qəbul edin.