Son Xəbərlər
Rusiya Prezidenti Vladimir Putin miqrasiya sahəsində rüsumların artırılması
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli
Pakistanda 5,4 maqnitudalı zəlzələ baş verib. Liderxeber.az xəbər verir ki, bu
Bir çox insan yuxu gigiyenası ilə bağlı bütün tövsiyələrə əməl etsə də,
Aviauçuşlar təzyiqin dəyişməsi, oksigen səviyyəsinin azalması və hipodinamiya
ABŞ hərbçiləri Hörmüz boğazı yaxınlığında İranın bir sıra obyektlərinə
İran millisi bu gün dünya çempionatının qrup mərhələsində vacib oyuna çıxacaq.
Seneqal millisi dünya çempionatının qrup mərhələsində son oyununa çıxıb.
Bu gün fiziki tərbiyə fənni üzrə ilk dəfə keçirilən sertifikasiya imtahanında
Rusiya və Ukrayna arasında “160-ın 160-a” formulu ilə növbəti hərbi əsir

Səkkiz saat yatırsınız, amma yenə yorğunsunuz? - Problem düşündüyünüz yerdə olmaya bilər

27 iyn 2026, 10:28
Səkkiz saat yatırsınız, amma yenə yorğunsunuz? - Problem düşündüyünüz yerdə olmaya bilər

Bir çox insan yuxu gigiyenası ilə bağlı bütün tövsiyələrə əməl etsə də, yataqda səkkiz saat istirahət etdikdən sonra belə yorğun oyanır.

Liderxeber.az bildirir ki, psixoloq Xose Martin del Plieqo "Hola" nəşrinə müsahibəsində səhər yorğunluğunun çoxlarının bilmədiyi səbəbdən danışıb.

Xose Martin del Plieqonun sözlərinə görə, gecə yuxusundan sonra yorğun oyanmağın əsas səbəbi yuxu zamanı sinir sisteminin aktiv vəziyyətdə qalmasıdır. Mütəxəssis izah edib ki, insan daimi stres altında yaşayırsa və ya emosional problemlərini idarə edə bilmirsə, orqanizm hətta yataqda olarkən belə özünü təhlükəsizlikdə hiss etmir.

"Orqanizmimiz yüksək hazırlıq vəziyyətində qalır və tam istirahət etmir. Bizə elə gələ bilər ki, yatırıq, amma əslində beynimiz və bədənimiz daim ayıq və ehtiyatlı vəziyyətdə olur", - deyə o bildirib.

Psixoloq vurğulayıb ki, belə hallarda yuxu müddətini artırmaq və ya müxtəlif qida əlavələri qəbul etmək səhər yorğunluğunu aradan qaldırmayacaq. Onun sözlərinə görə, bu vəziyyətdə psixotəhsil metodlarından istifadə etmək, şəxsi sərhədləri qorumağı öyrənmək və lazım gəldikdə "yox" deməyi bacarmaq vacibdir. Çünki imtina edə bilməmək emosional tükənmənin ən geniş yayılmış səbəblərindən biridir.

Xose Martin del Plieqo əlavə edib ki, səhər yorğunluğunu azaltmaq üçün pozitiv insanlarla daha çox ünsiyyət qurmaq, təbiətdə vaxt keçirmək, mütəmadi fiziki aktivliklə məşğul olmaq və bir müddət həddindən artıq informasiya axınından uzaq qalmaq da faydalıdır.